Birgə Türk ordusu... ideya nə qədər realdır və bu ordu necə ola bilər? – Hərbi ekspert

Birgə Türk ordusu... ideya nə qədər realdır və bu ordu necə ola bilər? – Hərbi ekspert

"6 dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan birgə ordu yarada bilər, Macarıstan da bu prosesə qoşula bilər. Gələcəkdə hətta xeyli azərbaycanlı əhalisi olan Gürcüstanı da bu prosesə cəlb etmək olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Azərbaycan və Türkiyə birgə ordsunun yaradılması ilə bağlı müzakirələri şərh edərkən deyib. Onun fikrincə, Birgə ordu yaradıla bilər:

"Bu ordunun nümünələri var. NATO, əvvəl Varşava İttifaqı vardı, indi Kollektiv Müqavilə Təşkilatı var. Bunun əsas məqsədi türk dövlətlərinin süverenliyini, müstəqilliyini, regionda iqtisadi layihələri qorumaq, dünyada sülhə və təhlükəsizliyə dəstək verməkdir. Ümid edirik ki, yaxınlarda belə bir ordu yaradılacaq. Bu ordu dünyanın bir çox yerlərində sülhü və təhlükəsizliyi qoruya bilər. Dünyanın bir çox ölkələri istəmir ki, ora nə NATO, nə də Rusiya ordusu getsin. Amma türk ordusu gedib orada barış əldə edə bilər. Keçən müddət onu göstərdi ki, həm Əfqanıstanda, həm İraqda Azərbaycan sülhməramlıları çox nümunəvi iştirak edib. Eləcə də Türkiyə sülhməramlılarının Əfqanıstanda nümünəvi sorağı yayılıb”.
 

 
Emin Həsənli hesab edir ki, gələcəkdə böyük bir birləşmə ola bilər:

"Birgə təhsil və təlim sisteminə keçilə, birgə silah istehsal edilə bilər. Vahid ordu ştatına isə mərhələ-mərhələ keçirilə bilər. Hər dövlətin özünün ordusu olacaq, amma ordunun hissələrindən ibarət bir ordu yaratmaq olar - Türk ordusu. Digər ordu qoşun növləri də müharibə olarsa, bu prosesə qoşula bilər”.
Bəs, Azərbaycan NATO üzvü olmadan belə bir şey mümkündürmü, sualına hərbi ekspertin cavabı belə olub:

"Niyə mümkün deyil? Onun heç bir əlaqəsi yoxdur”. 

Bahar Rüstəmli

XƏBƏRLƏR
BLOGLAR
X