Birinci xanım yoxa çıxıb: boşanmağa hazırlaşır?

Birinci xanım yoxa çıxıb: boşanmağa hazırlaşır?

ABŞ-da hər kəs 15 gündür yoxa çıxmış birinci xanım ("first lady") Melaniye Trampdan danışır.

Hər hərəkət və açıqlaması ilə müzakirələrə səbəb olan ABŞ lideri Donald Tramp bu dəfə də həyat yoldaşının yoxa çıxması ilə gündəmə gəlib.

Belə ki, Melania Tramp böyrəklərini əməliyyat etdirdikdən sonra yoxa çıxıb.

Verilən məlumata görə, artıq 2 həftədir ki, ABŞ-ın birinci xanımı media qarşısına çıxmır, həyat yoldaşı D.Trampın qatıldığı tədbirlərdə görsənmir. Bu isə sadə amerikalılar arasında yeni şayiə və xəbərlərin yayılmasına səbəb olub.

Yayılan məlumatlarda iddia olunur ki, ABŞ liderinin xanımı əslində D.Trampdan boşanmaq üçün hərəkətə keçib, hətta onun artıq Ağ Evdə yaşamadığı bildirilir. (Cebhe.info)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR