Xəbər lenti

Birinci xanımın ayaqqabısını lağa qoydular (FOTOLAR)
Dünya 16:08 30.08.2017

Birinci xanımın ayaqqabısını lağa qoydular (FOTOLAR)

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampın Harvey qasırğası sonrası fəlakət zonasına etdiyi səfər zamanı geyindiyi dikdaban ayaqqabı müzakirələrə səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Melaniya Tramp fəlakət bölgəsinə 600 dollarlıq dikdaban ayaqqabı geyindiyi üçün sosial mediada lağ hədəfi olub. "Dünyadan xəbəri yoxdur", "Ağıla gələ biləcək ən uyğunsuz geyim", "Ümid edirik ki, getməmişdən əvvəl ayaqqabının suya dayanıqlı olduğunu yoxlayıb" kimi fikirlər səsləndirildi. 

Ağ Ev isə bu barədə açıqlama verərək "Belə bir təbii fəlakətin olduğu bir dövrdə "first lady"nin ayaqqabısını gündəm eləmək doğru deyil" fikrini deyib.

Qeyd edək ki, təyyarədən enən zaman dikdaban ayaqqabı geyinən xanım Tramp mətbuat konfransına idman ayaqqabısı ilə gəlib.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->