Texnologiya 22:53 27.05.2018

"Bitcoin"in vəziyyəti necə olacaq? Bazardakı son durum

Bitcoin-in qiyməti baxımından son bir neçə ay çox maraqlı keçir. Xüsusilə, 2017-ci ilin noyabr ayından etibarən Bitcoində ciddi qiymət dəyişikliyi yaşanır. Dekabrda 20 min dollara yüksələn Bitoin-in qiyməti sonradan 6 min dollara endi. Hazırda isə 7500 dollar civarındadır.

İndi bir çox investor və treyder bu qiymət balanssızlığına alışıb və asanlıqla mövqelərini pozmaq istəmirlər. Bəziləri qiymətin cari halını müsbət olduğunu bildirir, bəziləri isə əks fikirdədir.

Ancaq başqa bir qrup Bitcoin-in 8-10 min dollar arasında dəyişməsini manipulyasiya kimi dəyərləndirir.

Normal vəziyyətə qayıdış

Bitcoin-in qiyməti ilə bağlı investorları ən çox qayğılandıran durum qiymətin 20 min dollar olduğu vaxtda bazara girən şəxslərin indiyədək üzlərinin gülməməsidir. O dövrdə yaşanan həyəcan və Bitcoin istifadəsi həvəsi o qədər yüksəlmişdi ki, "Coinbase” birjası bir günə 100 min yeni üzv qeydiyyatdan keçirmişdi.

"Full Tilt Capital”-ın ortağı Antoni Pompliano açıqlamasında ötən ilin sonundakı yüksəlişdən sonra Bitcoin-in düzəliş edərək normal dəyərini tapdığını düşünür. O, aşağıdakıları qeyd edib:

"Günlük qiymət dəyişikliyi məni maraqlandırmır. Diqqətlə baxsaq, Bitcoin-dəki qiymət dəyişikliyinin müəyyən bir intervalda dəyişdiyini görərik. Yalnız ötən ilin sonunda parabolik bir artım oldu. Əslində, bazar normal halına qayıdıb. Bitcoin-ə münasibətim çox yaxşıdır”.

Pompliano hər nə qədər Bitcoin-in qiymətinə birbaşa təsir etməsə də, Blockchain istifadəsinin artmasını yüksək dəyərləndirir:

"Bitcoin-in qiyməti ilə Blockchain-in kütləviləşməsi arasında o qədər də böyük əlaqə yoxdur. Ancaq böyük şirkətlərin Blockchain-ə müraciət etməsi yaxşı seçimdir. Yaxın gələcəkdə bunun daha da artacağını düşünürəm”.

Böyük şəkilə baxın

Pomplianonun Bitcoin-də böyük şəkilə baxılması ilə bağlı açıqlamaları əslində sektorun önəmli şəxslərinin ortaq mövqeyidir. Eyni fikirdə olan digər mütəxəssis "e Toro”-da bazar analitiki olan Meti Qrinspandır. O, Bitcoin-in qiyməti ilə bağlı bunları deyib:

"Kriptovalyuta bazarının enişdə olduğunu düşünən hər kəsin sakitləşib, böyük rəsmə baxması lazımdır. Ötən illə müqayisədə bazar həcmi təxminən 3.5 dəfə artıb. Təbii ki, bu da böyümədən xəbər verir”.

Bazar manipulyasiyası

Ötən günlərdə ABŞ səlahiyyətlilərinin başlatdığı qiymət manipulyasiyası istintaqının eyforiyası sektorda davam edir. ABŞ məhkəmələrinin müxtəlif tacirlər üzərində həyata keçirdiyi Bitcoin və digər kriptovalyutaların qiymət manipulyasiyasının olub olmadığı istiqamətindəki araşdırmaları davam edir.

Bir çox böyük investor Bitcoin qiymətinin ciddi manipulyasiyaya uğradığını düşünür. Onlardan biri də yaxın vaxtda bazara girən Ronni Moasdır. Roas Bitcoin-in qiymətinin manipulyasiyaya məruz qaldığını vurğulayır:

"Mən həmişə ciddi manipulyasiya olduğunu düşünürəm. 9, 8, 7 min dollar civarlarına gəlindiyi zaman da manipulyasiyanı önə çəkirdim. Hökumətin bunu əngəlləməsi məni sevindirdi. Davamı gələcək”.

Moas sözlərinə belə davam edib:

"Əgər 2 milyard dollarınız varsa, və müxtəlif portfellər istəyirsinizsə, mənim üçün bu rəqəm 200 min dollarlıq səraməyələr deməkdir. Əgər pulun 10%-ni Bitcoin-ə ayırmaq istəsəniz, 200 milyon dollar tələb olunacaq. Ondansa, bazara 20, 30, 40 milyon dollar qoyub, təbii satış basqısı yarada bilərsiniz. Adına nə deyirsiniz deyin. İnsanlar bu addımdan çəkinərlər. Beləliklə, bütün diqqətlər üzərinizdə olar”.

Qorxmağa ehtiyac yoxdur

Bir çox insan hələ də Bitcoin-in balon olduğunu və qiymətin tamamilə enəcəyini düşünür. Blockchain texnologiyasının sürətlə inkişafı isə sektorun uğurundan xəbər verir. "Amazon”, "Microsoft” və böyük bankların Blockchain-dən istifadə etməsi bu texnologiyaya marağın böyük olduğunu göstərir.

Bitcoin-in qiymətində qısamüddətli eniş və əlbəttə ki, yüksəliş yaşanır. Bir çox analitik bazarın son vaxtlar yüksəlişə uyğunlaşmağı sınaqdan keçirdiyini vurğulayır.

Mənbə: kripto.az