Dünya 18:26 30.03.2018

"Bitkoin"in dəyəri 7 min dollardan da aşağı düşdü

Ötən il 20 min dollara qədər bahalaşaraq bütün diqqətləri üzərinə çəkən "Bitkoin" dəyər itirməkdə davam edir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Bitkoin"in qiyməti fevralın 6-dan bu vaxta qədər ən aşağı səviyyə düşərək, dünən gecə 6679 dollar olub. Analitiklərin fikrincə, "Bitkoin"in dəyər itirməsi ABŞ-ın vergi bəyannaməsi vermək üçün müəyyən etdiyi müddətin yaxınlaşması ilə əlaqədar ola bilər.
 
Qeyd edək ki, yeni qanunvericiliyə görə ABŞ-da kriptovalyuta investorları da vergi hesabatı verməlidirlər.