Xəbər lenti

“Bizim siyasətimiz çox açıqdır, aydındır”
Siyasət 15:03 19.05.2020

“Bizim siyasətimiz çox açıqdır, aydındır”

Nərgiz Babayeva
Bakı Gənclər Mərkəzinin direktoru

​​Hər bir əsr daha çox baş vermiş tarixi hadisə və kəşflərlə yadda qalır. Dünya ölkələrinin ictimai-siyasi həyatındakı dəyişikliklər və inqilablar, tarixən insanların dünyagörüşünün yeni istiqamətlərini müəyyən edib. Bu cəhətdən Azərbaycan müstəqil dövlət kimi iqtisadi yüksəlişi, müdrik siyasəti, mədəni dirçəlişi, multikultural dəyərləri ilə dünyada böyük nüfuza malikdir. Respublikamızın inkişafına xidmət edən dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi yerin ayrılması bu inkişafın daha sürətli şəkil almasında xüsusilə əhəmiyyətlidir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, vətəninə layiqli vətəndaş olması üçün münbit şərait və imkanlar yaradılır. Əslində, Azərbaycanda bu gün həyata keçirilən gənclər siyasətinin əsası ötən əsrin yetmişinci illərində qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün dövrlərdə Azərbaycan gənclərinin öz potensialını həyata keçirmələri üçün münbit şərait yaradılıb. Fəxr hissi ilə qeyd edə bilərik ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Deyirlər, ən gözəl tərbiyə şəxsi nümunədir. Biz gənclər də bu layiqli nümunələrdən bəhrələnirik. Ölkə rəhbəri çıxışlarının birində qeyd edib: "Bu gün Azərbaycan inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir”.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin apardığı islahatlar ölkəmizi inkişafın yeni mərhələsinə çıxarır. Dövlət idarəetmə mexanizmini müasir dövrün tələblərinə görə qurmaq, xüsusilə bürokratik maneələrin qarşısının alınması vacib məsələlərdən biridir. Struktur islahatları iqtisadiyyatın inkişafını ləngidən problemlərin aradan qaldırılması və inkişafın davamlılığının təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

​​Son günlərdə tutduğu vəzifənin səlahiyyətlərini aşan bəzi məmurların neqativ əməlləri dövlət tərəfindən ifşa olunur. Xalqın mənafeyinə, rifahına zidd hərəkətlər edən hər bir şəxs qanun qarşısında cavab verməlidir. Ölkə başçımız bu mənfi halların qarşısını qətiyyətlə almaqdadır. Xalqın inamını qırmağa çalışanlar layiqli cəzalandırılmalıdır. Dövlət başçımız ölkəmizdə gedən prosesləri belə qiymətləndirir: "Əgər son 16 ilin tarixinə nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb. Kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ümumiyyətlə, milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidir”.

​​Ölkəmizdə aparılan yeni islahatlar biz gəncləri ruhlandırır, sağlam cəmiyyətin qurucuları kimi dövlətimizə öz biliyimiz, bacarığımızla həmişə dəstək oluruq. Ölkəmizdə uğurla həyata keçirilən sosial proqramlar, yeni layihələr xalqın rifahının yüksəldilməsinə yönəlmişdir. Ölkə başçısının Multikulturalizm, Qoşulmama hərəkatındakı mövqeyi təqdirəlayiqdir. Bu sahədə keçirilən mühüm tədbirlərdəki iştirakına və yüksək səviyyəli çıxışlarına görə dövlət başçımıza dərin minnətdarlıq bildiririk.

Gənclərimizə örnək olan dövlət başçımız müasir dünyanın proseslərinə bələd olan, innovasiyalara dərindən yiyələnən, öz potensialını çalışdığı sahədə səfərbər edə bilən gənclərə inanır. Bu inam hər bir istedadlı gəncin qarşısında yeni səhifələr açır.

​​İlham Əliyev 2019-cu il oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə yüksək səviyyəli, savadlı, geniş dünyagörünüşünə malik gənclərlə işləməyin vacibliyini bildirmişdi. Əslində gənclər dinamikdir, novatordur, yeni islahatların həyata keçirilməsində fəaldır. Milli kökünə bağlı sağlam təfəkkürlü gənclər artıq dövlət orqanlarında çalışırlar.

​​Qeyd edək ki, həyatın gözlənilməz hadisələri çoxdur. Hazırda dünyanı öz cənginə almış COVID-19 pandemiyası ilə kəskin mübarizələr aparıldığı zaman belə dövlət öz üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsinə diqqət edir. Sevindirici haldır ki, dövlətimiz tərəfindən sistemli şəkildə koronovirusun qarşısının alınması istiqamətində ardıcıl səmərəli tədbirlər görülür. Əhalinin karantin rejimi dövründə onların sosial müdafiəsi daha çox təmin edilməkdədir. Ünvanlı sosial dövlət yardımları davam edir. Xalqın sağlamlığının keşiyində fədakarlıqla duran həkimlərimizin də üzərinə böyük məsuliyyət düşür. Onlar öz müqəddəs borcunu layiqincə yerinə yetirir. Bu gözəl nümunə hər birimizin qəlbini fərəhləndirir. İnsanlara sanki müharibə elan edən koronovirusla mübarizədə dövlətimiz, xalqımız daha da sıx birləşmişdir. Bu virusla mübarizədə ölkə Başçısının və Birinci xanımın xalqımıza necə diqqət və qayğı ilə yanaşması gözümüzün önündədir. Bunun bəhrəsidir ki, hazırda ölkəmizin koronovirusa qarşı apardığı mübarizə Ümumdünya Səhiyyə Təşkilatı və dünyanın bir sıra öndə gedən ölkələri tərəfindən təqdir olunur, nümunə kimi göstərilir.

​​Biz gələcəyimizə böyük nikbinliklə baxırıq. Qarşımıza çıxan bütün çətinlikləri birlikdə dəf etməyə qabil olan gənclər ordumuz var. Doğma vətənimizə olan sonsuz məhəbbətimiz, sarsılmayan sədaqətimiz bizi dövlət başçımızın çağırışlarına səs verməyə, gücümüzü səfərbər etməyə həmişə kömək edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->