Ekonomiks 14:03 25.06.2013

Biznes Akademiyasının Buraxılış Günü keçirildi


İyunun 21-də ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkil etdiyi “Biznes Akademiyası” layihəsinin birinci hissəsinin başa çatması münasibətilə Hyatt Regency otelinin Quba zalında Buraxılış Günü keçirilib.
 
Qurumdan Qaynar.info-ya verilən xəbərə görə, Biznes Akademiyası çərçivəsində Birliyə 350  tələbə müraciət edib və onlardan 85-i Akademiyanın dərslərində iştirak hüququ qazanıb.  ABŞ və Avropa təhsilli məzunlar və mütəxəssislər tərəfindən tələbələrə aşağıdakı mövzularda təlimlər keçirilib.

Sponsor şirkətlərin nümayəndələrinin də qatıldığı tədbir zamanı Biznes Akademiyasının təlimlərində iştirak edən 50 nəfərə yaxın tələbəyə sertifikatlar təqdim olunub. 

Çıxışlar zamanı Aynurə Piriyeva (AAA), Sona Abbasova (PASHA Bank), Nigar Abbasova (Azercell) və Davud Məmmədov (Deloitte & Touche) bu cür layihələrin keçirilməsinin Azərbaycanda biznes təhsilinin inkişafına və bu sahədə kadrların hazırlanmasına müsbət təsir etdiyini vurğulayıblar.  Qeyd olunub ki, layihə sponsor şirkətlərə istedadlı tələbələr arasından işçi seçimi etməkdə yardım edir.

Qeyd edək ki, Biznes Akademiyası Azərbaycan Biznes Keys 2013 Yarışmasının bir hissəsi kimi həyata keçirilib və layihənin ikinci hissəsi bu ilin sentyabr ayında icra olunacaq.

Layihənin sponsorları Baghlan Group, PASHA Bank, Azercell, BP, Exxon Mobil, Procter & Gamble, Garant Holding, SOCAR-AQS, Statoil, Chevron, Deloitte & Touche, Ernst & Young şirkətləridir. 

Qaynar.info