Biznesmenlərdən nəşriyyatlara zərbə: ƏDV-nin ləğvi önəmini itirdi

Biznesmenlərdən nəşriyyatlara zərbə: ƏDV-nin ləğvi önəmini itirdi

"Bu, əlbəttə təəsüfləndiricidir. Bir tərəfdən dövlət ƏDV-ni ləvğ edir, digər tərəfdən də kağız biznesi ilə məşğul olanlar kitab kağızının qiymətini qaldırırlar. Bu, istər- istəməz kitabların qiymətinin artmasına səbəb olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu kitab kağızının qiymətinin qalxmasına münasibətində deyib.
 
Naşir bildirib ki, sahibkarlar bunu xarici ölkədə kağızın qiymətinin qalxması ilə əlaqələndirirlər:

"Kağızı Azərbaycana gətirmək bizə baha başa gəlir. Ona görə də qiymətlər qalxır. Fakt odur ki, bir ay əvvəl kağızın bir tonunun qiyməti 1380 dollar idisə, bu gün bir tonu 1600 dollardır”.
 
Qeyd edək ki, kitab kağızının 1 tonu 1380$-dan 1600$-a qalxıb.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X