Dünya 09:41 22.12.2018

BMT-dən Yəməndə atəşkəs barədə qətnamə

BMT Təhlükəsizlik Şurası Yəmənin Hudayda şəhərində atəşkəs haqqında qətnamə qəbul edib.

Qaynarinfo xəbər verir ki, sənədə əsasən növbəti 30 gün ərzində BMT müşahidəçiləri şəhərə göndəriləcək.

Qeyd edək ki, ötən günlərdə Yəməndə vətəndaş müharibəsinin tərəflərindən olan Husilər Hudaydada silahı yerə qoyacaqlarını açıqlamışdı.

Gülşən