BMT-nin baş katibi Antonio Quterreş Livanda dağıntılara səbəb olacaq və dövləti "yeni Qəzzaya" çevirəcək qarşıdurmadan qaçmaq lazım olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, BMT-nin baş katibi bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) CNN telekanalına müsahibəsində danışıb.
"Livanda ölkəni viran qoyacaq nizamsız qarşıdurmadan qaçmaq çox vacibdir... Livanda başqa Qəzaamız ola bilməz", deyə Quterreş bildirib.
O, həmçinin girovların dərhal və qeyd-şərtsiz azad edilməsini asanlaşdırmaq, Qəzza xalqına səmərəli humanitar yardım göstərmək və Livanda gərginliyin azaldılması üzrə ciddi danışıqları asanlaşdırmaq üçün humanitar atəşkəsə çağırıb.
Onun sözlərinə görə, Qəzza zolağında həll Yaxın Şərqin digər bölgələrində gərginliyin azaldılmasına imkan verəcək.
BMT-nin baş katibi həmçinin dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bəyan edib. Quterreş hesab edir ki, beynəlxalq ictimaiyyət ölkələrin ərazi bütövlüyünün pozula biləcəyi ilə razılaşarsa, dünyada xaos yaranacaq. O, həmçinin xatırladıb ki, dünyada kifayət qədər başqa dövlətlərə qarşı ərazi iddiaları olan ölkələr var:
"O qədər gərgin vəziyyət var ki, azlıqlar nə vaxtsa başqa ölkəyə mənsub olduqlarını iddia edə bilərlər. Dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət edilməsi son dərəcə vacibdir".
BMT-nin baş katibi Ukraynanın və hər hansı digər ölkənin ərazi bütövlüyü prinsipinin bir daha təsdiqlənməsinin vacibliyini xatırladıb, lakin bunun asan olmayacağını qeyd edib.
Aydın
Şərhlər