BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, beynəlxalq münasibətlərin çoxqütblü sisteminin formalaşması dünyada xaos riski yaradır.
Qaynarinfo xəbər verir ki, baş katib bu barədə İnsan Hüquqları Şurasının 55-ci sessiyasında danışıb.
İclasın açılışında o qeyd edib ki, dünya getdikcə daha az təhlükəsiz yerə çevrilir.
"Güclər arasında onilliklər ərzində davam edən sabit münasibətlərdən sonra biz çoxqütblülük dövrünə qədəm qoyuruq", deyə Quterreş Cenevrədə keçirilən tədbirdə bildirib.
O, əlavə edib ki, bu cür hadisələr ölkələr üçün beynəlxalq siyasi arenada liderlik etmək üçün yeni imkanların yaradılmasına gətirib çıxarır. BMT-nin baş katibi qeyd edib ki, eyni şey qlobal səviyyədə ədalət prinsiplərinə riayət olunmasına da aiddir.
Buna baxmayaraq, dünya təşkilatının rəhbəri diqqəti çoxqütblü sistemin güclü beynəlxalq institutlar olmadan formalaşması təhlükəsinə yönəldib. "Belə bir vəziyyət xaosa səbəb ola bilər", deyə Quterreş yekunlaşdırıb.
Bundan əlavə, baş katib BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin və İsrailin Qəzza zolağındakı əməliyyatının qarşısının alınmaması səbəbindən təşkilatın nüfuzu sarsıdılıb.
Aydın
Şərhlər