BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası çərşənbə axşamı qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a qurumdakı mənbədən məlumat verilib.

"Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq", - mənbədən agentliyə bildirilib.

Müzakirənin keçirilməsinə dair bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.

Qeyd edək ki, məsləhətləşmələrin formatı Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatların münaqişə tərəflərinin nümayəndələri olmadan iştirak etmələrini nəzərdə tutur.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR