BMT Təhlükəsizlik Şurası qitələrarası ballistik raket sınaqları həyata keçirən Şimali Koreyaya qarşı növbəti sanksiya qərarını qəbul edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qərar şurasının 15 üzvü tərəfindən qəbul edilib.
BMT məsələ ilə bağlı yazılı açıqlama ilə çıxış edib. Sanskiyaya əsasən, Şimali Koreyaya ixrac edilən neft məhsullarının 90%-i bloklanacaq, ixrac edilən neftin miqdarı 4 milyon barelə endiriləcək və xarici ölkələrdə işləyən Şimali Koreya vətəndaşları 24 ay içində ölkələrinə qayıdacaq.
Yeni sanksiyalar ölkənin iqtisadi vəziyyətini pisləşdirmək və raket sınaqları imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Gülşən
Şərhlər