Rusiya və Çin nümayəndələri BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalının yaydığı xəbərdə bildirilir.
Diplomatların hansı səbəbdən iclası tərk etdikləri barədə məlumat verilmir.
**
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Suriyada vəziyyətə dair təcili toplantı keçirilir
Musavat.com-un "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, İngiltərənin Baş naziri David Kameron Böyük Britaniya hakimiyyət orqanlarının Suriyada son vəziyyətə dair hazırladığı qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim etdiyini bəyan edib.
BBC-nin verdiyi məlumata görə, hazırlanmış qətnamə layihəsində Suriyada yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə təlimatlar öz əksini tapıb.
Qaynar.info
Şərhlər