BNA və DYP-nin məsuliyyətsizliyinə görə yazılan cərimələr (VİDEO)
Təsəvvür edin, avtomobillə yol hərəkəti nişanlarına uyğun olaraq hərəkət edirsiniz. Lakin nişanlar arasında ziddiyyətlərin olması sizin cərimələnmənizlə nəticələnir.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, söhbət Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsindən gedir.
Sürücülər artıq bir neçə gündür ki, əsas prospektdən sağa döndükdə təxminən 50 metr məsafədən sonra "Giriş qadağandır” nişanı ilə üzləşirlər.
Belə olan halda ya cərimələnirlər, ya da geri dönüş edərkən qəza vəziyyəti və sıxlığa səbəb olurlar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər