Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turunda bu gün daha üç oyun keçiriləcək.
	
Qaynarinfo xəbər verir ki, qarşılaşmalardan ikisi Bakıda, biri isə Tovuzda baş tutacaq.
	
"Sabah” klubu "Sumqayıt”ı, "Səbail” "Neftçi”ni qəbul edəcəksə, "Zirə” "Kəpəz”in qonağı olacaq.
	
Hazırda "Sumqayıt” 54 xalla turnir cədvəlində ikinci, "Neftçi” 53 xalla üçüncüdür. "Zirə” 52 xalla dördüncü pillədə qərarlaşıb. Yeddinci yerdə olan "Səbail”in 42 xalı var.
	
Azərbaycan Premyer Liqası
	
XXXV tur
	
18 may
	
17:00. "Sabah” – "Sumqayıt”
	
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
	
Hakim-inspektor: Babək Quliyev.
 
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bank Respublika Arena
	
17:00. "Səbail” – "Neftçi”
	
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
ASCO Arena
	
17:00. "Kəpəz” – "Zirə”
	
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu
	
Turun ötən gün baş tutan qarşılaşmasında "Qarabağ” "Turan Tovuz”u 3:0 hesabı ilə məğlub edib.
	
Qeyd edək ki, XXXV turun sonuncu - "Qəbələ” - "Araz-Naxçıvan” matçı mayın 19-da keçiriləcək.
             
            
Şərhlər