"Bney Yehuda" - "Neftçi" matçının hakimləri açıqlandı

"Bney Yehuda" və "Neftçi" arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünün təyinatları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı italiyalı hakimlər briqadasına tapşırıb. Görüşü Daniele Doveri idarə edəcək. Ona Alessandro KostantsoAlesio Tolfo yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fabritsio Paskua yerinə yetirəcək.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi estoniyalı Tarqo Kaldoya olacaq.

Qeyd edək ki, avqustun 15-də Petah Tikva şəhərindəkı "İtztadion HaMoshava" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR