Ekonomiks 13:49 15.03.2019

"Boeing" müflis ola bilər

"Boeing" şirkəti müflisləşə bilər.

Qaynarinfo xəbər verir ki, 10 martda Efiopiyada baş verən qəzadan sonra ötən il İndoneziyada Yava dənizinə düşən "Boeing 737 Max 8" təyyarəsinin qəzadan əvvəl oxşar manevrlər etməsi müəyyənləşdirilib. Bu məlumatdan sonra 40-dan çox ölkə "Boeing 737 Max" təyyarələrinə qadağa tətbiq edib. Şirkət 2017-ci ildə istifadəyə verdiyi "737 Max" modelindən 350 ədəd satmağa nail olub, növbəti 3 il ərzində isə 4600 ədəd təyyarəni təhvil verməlidir. Sifarişlərin ləğv edilməsi ABŞ nəhənginin müflis olması ilə nəticələnə bilər. Efiopiyada baş verən qəzadan sonra "Boeing"in hissələri 422,54 dollardan 377,34 dollara düşüb və şirkətin bazar dəyəri 247 milyard dollardan 217 milyarda enib. 

Bildirilir ki, qəzadan aylar əvvəl 5 amerikalı pilot "Boeing 737 Max" təyyarələrində mövcud olan texniki problem barədə hesabat hazırlayıb, lakin ABŞ Federal Aviasiya İdarəsi bu məlumata məhəl qoymayıb və şikayət gizlədilib.

Gülşən