Xəbər lenti

Boksçumuzun nokauta saldığı idmançı iki ilə özünə gələcək
İdman 18:30 28.10.2013

Boksçumuzun nokauta saldığı idmançı iki ilə özünə gələcək

"Komanda uğurundan sevinirəmsə, İvan Dıçkonun məğlubiyyətinə üzgünəm. Ona böyük ümidlərimiz vardı, ağır çəkidə bizim bundan böyük ümidlərimiz olmayıb”. 

Apasport.az saytının məlumatına görə, bunu AİBA dərəcəli qazaxıstanlı hakim Rahat Nurpeisov deyib.  Sabiq SSRİ idman ustası Almatıda keçirilən dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb.

O, 4 qızıl medalla mundialın qalibi olan yığmalarında İvan Dıçkonun (+91 kq) Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidova məğlubiyyətini həzm edə bilmir: "Onun finalda uduzmasını fiziki hazırlığının zəif olması və güclü zərbələrinin olmaması ilə izah edərdim. Dıçko rinqin ətrafında necə qaçırdısa, indi də elədir. Birinci nokdaundan sonra hakim döyüşü dayandırmalı idi. Bu, səhv olmazdı. Lakin görüş Dıçkı nokauta göndərilənədək davam etdi. Bizim məşqçilər də rinqə dəsmal atmalı idilər. Belə uduzmaq daha yaxşıdır, nəinki nokautla. Çünki Məcidovun belə zərbəsindən sonra nokauta düşən idmançının özünə gəlməsi üçün minimum 2 il vaxt lazımdır. Bəli, bəli, 1 il yox, 2 il! Belə məğlubiyyətlərdən sonra əvvəlki səviyyəyə qayıtmaq çox çətin olur”. 

Qeyd edək ki, Məcidov finalda ilk 2 hissədə məğlubiyyətdən sonra İvan Dıçkonu nokauta salaraq, 2 qat dünya çempionu tituluna yiyələnib. O, həmçinin Almatıda baş tutan həlledici görüşlərdə çıxışını nokautla başa vuran yeganə boksçu olub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->