Xəbər lenti

Boliviyanın MN çevriliş cəhdini prezidentin Rusiyaya səfəri ilə əlaqələndirdi
Dünya 16:35 28.06.2024

Boliviyanın MN çevriliş cəhdini prezidentin Rusiyaya səfəri ilə əlaqələndirdi

Boliviyanın müdafiə naziri Edmundo Novilyo bildirib ki, ölkə prezidenti Luis Arsenin iyunun əvvəlində Rusiyaya səfəri dövlət çevrilişinə cəhdin səbəbi ola bilərdi. Onun sözlərinə görə, Boliviya və Rusiyanın yaxınlığı, xüsusən də litium istehsalı sahəsində əməkdaşlıq digər ölkələrdə mənfi reaksiya yarada bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə boliviyalı nazir RİA Novosti-yə bildirib.

"İstisna etmirik ki, prezident Luis Arsenin Rusiyaya bu səfəri BRİKS-ə müxalif olan ölkələrdə reaksiyaya səbəb olub və Boliviya dövlətinə uzun müddət hakim olan bu ölkələr ölkədə siyasi nəzarətə sahib olmaq və sərvətlərimizi yenidən talamaq üçün bunu yenidən etmək istəyirlər”, – Novilyo bildirib. 

Xatırladaq ki, Luis Arse iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Sankt-Peterburqa gəlib. O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb, danışıqlar zamanı tərəflər ikitərəfli əlaqələri, birgə litium hasilatı layihələrini və digər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər. Bu, liderlərin ilk şəxsi görüşü olub. 

İyunun 26-da bir müddət əvvəl hərbi komandanlığından məhrum edilmiş general Xuan Xose Suniqyanın başçılıq etdiyi Boliviya hərbçiləri La Pasın əksər hökumət binalarının yerləşdiyi mərkəzi meydanı ələ keçiriblər. Onlar prezident sarayına basqın etməyə cəhd ediblər. Luis Arse hadisəni dövlət çevrilişi adlandırıb. Xuan Xose Suniqya hökumətin istefasını tələb edib, lakin onunla gələn hərbçilər sarayı tərk etməyə başlayıblar. Daha sonra generalın özü saxlanılıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->