Ölkə 16:18 03.07.2022

"Bolmart"da qaz sızması: 14 nəfər aparılıb (YENİLƏNİB/VİDEO)

Bakıda tanınmış "Bolmart" supermarketində kütləvi zəhərlənmə olub.

DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, hadisə zamanı 28 nəfər zəhərlənib.

Zəhərlənmə "Bolmart"ın Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən filialında qeydə alınıb. Marketə təcili yardım çağırılıb. Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.

TƏBİB-dən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.
 
3 iyun 2022-ci il
16.18

Bolmart Supermarketlər şəbəkəsinin filiallarından birində qaz sızması olub.

Qaynarinfo xəbər verir ki, hadisə şəbəkənin Səməd Vurğun 60 ünvanında, Bakı Dövlət Sirkinin yaxınlığındakı mağazasında baş verib.

Belə ki, yaxınlıqdakı tikinti sahəsində qəza olub və qaz borusu zədələnib. Nəticədə qaz mağazaya dolub, nəfəs almaq çətinləşib.

Bu səbədən mağazanın əməkdaşları və müştərilər təxliyyə olunub. Hadisə yerinə Təcili Tibbi Yardım briqadaları gəlib. Hadisə nəticəsində qazdan zəhərlənənlər olub. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Aydın