Xəbər lenti

Bolqarıstanda seçkilər: Radevin partiyası böyük fərqlə qazandı
Dünya 17:17 20.04.2026

Bolqarıstanda seçkilər: Radevin partiyası böyük fərqlə qazandı

Bolqarıstanda bülletenlərin 100%-nin sayımından sonra keçmiş prezident Rumen Radevin Proqressiv Bolqarıstan Partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçici səslərinin 44,5%-ni toplayıb.

Qaynarinfo Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata görə, Rumen Radevin partiyası parlament seçkilərində ən çox səs toplayıb.

Keçmiş baş nazir Boyko Borisovun Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda Partiyası 13,3%, Dəyişikliklər üçün-Demokratik Bolqarıstan Avropa yönümlü koalisiyası isə 12,6% səs alıb.

Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri parlamentdə səkkizinci seçkilər keçirilib.
--> -->