Maqazin 23:46 29.02.2020

Boris Conson nişanlandı: sevgilisi hamilədir

Böyük Britaniyanın Baş Naziri Boris Conson sevgilisi Kerri Saymondsla nişanlanıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə cütlüyü təmsil edən şəxs məlumat yayıb:

"Baş Nazir və xanım Saymonds nişanlandıqlarını elan etməkdən məmnunluq hiss edirlər. Onların, eyni zamanda, yayın əvvəlində uşağı olacaq”.

Qeyd edək ki, bu, 31 yaşlı Kerrinin ilk övladı olacaq. 54 yaşlı Boris Consonun isə əvvəlki həyat yoldaşı Marina Uilerdən 4 uşağı, nikahdankənar münasibətdə olduğu Helen Makintayrdan bir qızı var. İddialara görə, Consonun daha bir övladı da var.