Rusiya borşu dünyaya milli yeməyi kimi tanıdır.
Qaynarinfo xəbər verir ki, bu fikir Böyük Britaniya mediası tərəfindən irəli sürülüb. BBC televiziyasına görə, borş Rusiyanın hərbi təbliğatının tərkib hissəsi hesab edilə bilər. "Russia" adlı "Twitter" hesabının dərc etdiyi post TV tərəfindən nümunə göstərilib. Rusiya XİN-lə əlaqədar olan həmin hesabda borş Rusiyanın ən çox sevilən yeməyi və milli mətbəxin simvolu kimi təqdim edilib. Britaniyalı jurnalist "Borşu milli yeməyi hesab edən ukraynalılar bu "tweet"i müharibə təbliğatı kimi qəbul edə bilər", - deyə bildirib.
Siyasi və iqtisadi risklər üzrə analitik Aleks Kokçarov bildirir ki, bu, Moskavanın növbəti mədəni mənimsəmə cəhdidir.
Nyu Yorkda yerləşən "Veselka" Ukrayna restoranının aşpazı Olesya Levin sözlərinə görə, borşun Rusiya mətbəxi kimi tanınmasının səbəbi Sovet dövründə hazırlanan kulinariya kitabıdır. 1930-cu illərdə İosif Stalinin göstərişi ilə hazırlanan "Ləzzətli və sağlam yeməklər" kitabında SSRİ-nin müxtəlif millətlərinə məxsus reseptlər Rusiya mətbəxi kimi təqdim olunub.
Gülşən
Şərhlər