Xəbər lenti

Braziliya millisinin sabiq futbolçusu rəsmən Azərbaycan klubunda
İdman15:04 18.08.2025

Braziliya millisinin sabiq futbolçusu rəsmən Azərbaycan klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son olaraq İspaniya La Liqasında "Valyadolid"in şərəfini qoruyan Enrike Silva "Turan Tovuz”a keçib.
Klubdan Qaynarinfo-ya verilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. 
Yetirməsi olduğu "Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi "Lion”un formasını geyinib.
Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtilə Braziliyanın U-20 milli komandasının üzvü olub.