Foto 09:05 27.05.2020

Bred Pitt öz görünüşü ilə fanatlarını təəccübləndirdi (FOTO)

Amerikalı aktyor Bred Pittin pərəstişkarları onun gizli çəkilmiş fotolarındakı "tökülən" görünüşünə təəccübləniblər.

 

Qaynarinfo xəbər verir ki, aktyorun görüntüləri İngilis "The Daily Mail” nəşrində yayımlanıb.

 

Şəkillərdə 56 yaşlı Pittin dostu Red Hot Chili Peppers qrupunun basisti Maykl Belzari ilə birlikdə Malibu şəhərinin Kaliforniya prospektində necə gəzdiyi görünür.

 

İstifadəçilər ulduzun görünüşünə - uzadılmış saçlara və yırtılmış cinsə sərt reaksiya göstəriblər.

 

"Düşünürəm ki, onun saçları axmaq görünür", - oxuculardan biri yazıb.

 

"O həmişə elə görünür, sanki təcili hamamlanmalıdır", - başqa bir istifadəçi yazıb.

 

Ancaq bəzi Pitt pərəstişkarları aktyorun hələ də gözəl göründüyünə inanırlar:

 

"Böyük aktyor! Əla görünür".