Xəbər lenti

BRICS-in vahid valyutası olacaqmı? (ŞƏRH)
Dünya 16:42 09.07.2024

BRICS-in vahid valyutası olacaqmı? (ŞƏRH)

"Yaxın gələcəkdə BRICS-in bu istəyi reallaşmayacaq. Amma baş tutsa, yuanın BRICS-in vahid valyuta olması ehtimalı kifayət qədər yüksələcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli BRICS ölkələrinin dollardan imtina edib, vahid valyutaya keçidlə bağlı apardıqları danışıqları şərh edərkən deyib.

Natiq Cəfərli bildirib ki, 10 ilə yaxındır BRICS ölkələri vahid valyutanın buraxılması ilə bağlı danışıqlar aparır:

”Amma bu müddət ərzində heç bir uğurlu nəticəyə nail ola bilməyiblər. Burada əsasən Çinin mövqeyi önəmlidir. Çin dəfələrlə deyib ki, vahid valyuta qismində yuan çıxış edə bilər. Çünki yuan dünyada qəbul edilən valyutalardandır. Bu baxımdan məsələnin həlli üçün Pekinin mövqeyi daha çox önəmlidir. Lakin bu istiqamətdə danışıqlar aparılsa da hər hansı bir real iş görülməyib. Bu, ümumiyyətlə çətin məsələdir. Çünki vahid valyutanın vahid mərkəzdən idarə olunma institutları da yaradılmalıdır”.
 


Ekspert hesab edir ki, proqram təminatı, özünün vahid ödəniş sistemi qolmadan BRİKS-dəki digər ölkələr buna razılıq verməyəcəklər:

”Yaxın gələcəkdə BRICS-in həmin istəyi reallaşmayacaq. Amma yuanın BRICS-in vahid valyuta olması ehtimalı kifayət qədər yüksəkdir”. 

Qeyd edək ki, Rusiyanın Çindəki səfiri İqor Morqulovun dediyinə görə, BRICS ölkələri dollardan imtina etməklə vahid valyuta üzərində danışıqlar aparır: "Biz dolların üstünlük təşkil etdiyi məkanı tərk edirik və həqiqətən müstəqil maliyyə sistemi üçün mexanizm və alətləri inkişaf etdiririk".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->