Dünya 22:52 31.07.2020

Britaniya kraliçasının elit cangüdənü 9 çanta kokainlə tutuldu

Böyük Britaniyanın kraliçası II Yelizavetamım elit cangüdəni üzərində 9 çanta kokain və ketamin tapıldıqdan sonra həbs edilib. 

Qaynarinfo xəbər verir ki, hər şey Müqəddəs Ceyms Sarayının hamamında ağ toz tapılandan sonra üzə çıxıb.

Polis qeyri-qanuni maddələrlə dolu çantaları və Bukingem sarayının Vellinqton kazarmalarındakı maşınını evinə düzənlənən basqından sonra üzə çıxarıb.
"The Sun” mühafizəçisi həbs olunaraq istintaqa qədər mərasim vəzifələrindən kənarlaşdırılıb.

Ümumilikdə beş torba kokain və atlar üçün sedativ vasitə olan dörd ketamin tapılıb.

Koldstrim qvradiyası İngiltərə Vətəndaş Müharibəsi dövründə yaradılıb. Bu, İngilis Ordusundakı ən köhnə alaydır. Elit piyada alayı kimi xidmət etməklə yanaşı, alay Vindzor qəsri və Bukingem sarayı da daxil olmaqla kral saraylarının təntənəli qoruyucusu rolunu yerinə yetirir.
 
Alpər