Xəbər lenti

Britaniya və Fransa Ukrayna üçün yeni sülh planı üzərində işləyir -
Dünya 15:53 02.03.2025

Britaniya və Fransa Ukrayna üçün yeni sülh planı üzərində işləyir - "The Guardian"

Böyük Britaniya, Fransa və bəlkə də bir və ya iki başqa ölkə ABŞ-ın təqdim edəcəyi yeni sülh planı üzərində Ukrayna ilə işləyəcək.

Qaynarinfo "The Guardian”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib.

Starmer qeyd edib ki, müvafiq razılıqlar Ukrayna prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron ilə müzakirələr zamanı əldə olunub.

Britaniyanın baş naziri hesab edir ki, Zelenskiyə qarşı ritorikasına və münasibətinə baxmayaraq, Tramp Ukraynada davamlı sülh görmək istəyir.

Qeyd olunur ki, Starmer "davamlı sülh” dedikdə ABŞ-ın müdafiə mexanizmi, o cümlədən Avropa ölkələri tərəfindən verilən təhlükəsizlik zəmanətləri, həmçinin Rusiyanın işğalına qarşı müqavimət göstərmək üçün müdafiə qabiliyyəti ilə silahlanmış güclü Ukrayna nəzərdə tutulur.

Starmerin fikrincə, bütün nəticələrdən ən pisi Rusiya prezidenti Vladimir Putinin razılaşdırılmış atəşkəs razılaşmasının şərtlərini pozmasıdır.

"Mən çox aydın başa düşürəm ki, əgər razılaşma olacaqsa, hərbi əməliyyatlar dayandırılacaqsa, o zaman bu razılaşma müdafiə olunmalıdır, çünki hamının ən pis nəticəsi odur ki, müvəqqəti fasilə yaranır və sonra yenidən Putin gəlir", deyə Britaniya lideri bildirib.

Onun fikrincə, bu, keçmişdə də olub və buna görə də əmin olmaq lazımdır ki, sövdələşmə aparılarsa, bu, müvəqqəti fasilə deyil, uzunmüddətli sövdələşmə olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->