Siyasət 20:10 15.03.2015

BŞBPİ-dən mitinq açıqlaması: "600 nəfər iştirak edib"

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb. Qaynar.info-nun məlumatına görə, məlumatda bildirilir ki, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 (altı yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Qaynar.info