Xəbər lenti

BŞİH Milli Şuranın mitinqinə icazə verdi
Siyasət 17:30 28.03.2018

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 31-də mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.
 
Qaynarinfo-nun məlumatına görə, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 31-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
 
Qeyd edək ki, Milli Şura martın 31-də keçmiş "Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->