İran parlamentinin sədri Ali Laricani ABŞ-ın nüvə razılaşmasından imtinası məsələsinə münasibət bildirib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Laricani "ABŞ nüvə razılaşmasından imtina etsə, bu onların sonu olacaq. ABŞ-ın bu razılaşma barədə mövqeyi qlobal xaosa səbəb olacaq" fikirlərini vurğulayıb.
Laricani həmçinin Rusiyanın məsələ ilə bağlı mövqeyinin əhəmiyyətini qeyd edərək vəziyyətin həllində rol oynaya biləcəyini bildirib.
ABŞ prezidenti Donald Trampın bu gün razılaşma ilə bağlı mövqeyini açıqlaması gözlənilir. Əgər Tramp sazişdən imtina etsə, Konqres İrana qarşı sanksiyaların qəbul edilib-edilməməsinə qərar verəcək.
Qeyd edək ki, Donald Tramp seçki kampaniyası dövründə bu müqavilədən imtina edəcəyini bildirmiş, bu mövqeyini son dövrlərdə etdiyi çıxışlarda da xatırlatmışdı.
2015-ci ildə imzalanmış bu razılaşma nəticəsində İran nüvə proqramına ciddi məhdudiyyətlər tətbiq etmiş, ABŞ isə bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv etmişdi.
Gülşən
Qaynarinfo.Az
Şərhlər