Aprel şəhidlərinin övladları himayəyə götürüldü - Aylıq maddi yardım

Aprel şəhidlərinin övladları himayəyə götürüldü - Aylıq maddi yardım

Füzuli rayonundan olan Aprel şəhidlərinin övladları himayəyə götürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. O bildirib ki, Aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına edilən müraciət müsbət cavablandırılıb:

"2016-cı il Aprel döyüşlərində şəhid olan Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar. Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək”.
Deputat Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına şəhidlərin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürün bildirib.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR