Bu dağ Azərbaycanın nəzarətinə keçdi - Ermənistanda gərginlik

Bu dağ Azərbaycanın nəzarətinə keçdi - Ermənistanda gərginlik

Qafan rayonu istiqamətində Azərbaycanla sərhəddə daha bir ərazinin ordumuzun nəzarətinə keçməsi Ermənistanda qalmaqala səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə ilk məlumatı Ermənistan parlamentinin üzvü, "Haystan” blokundan olan deputat Anna Qriqoryan yayıb.

Onun iddiasına görə, rəsmi İrəvan Qafan istiqamətində daha bir ərazini Azərbaycana "güzəştə” gedib. Deputat bildirib ki, həmin rayonda yerləşən Ağdağ Azərbaycan Ordusunun nəzarətinə verilib:

"Faktiki olaraq Pela dağı (Ağdağ) qonşu kəndlər üçün də birbaşa təhlükəsizlik təhdidləri yaradaraq tamamilə Azərbaycanın nəzarəti altına keçir”.

Ermənistan parlamentinin digər üzvü, "Şərəfim var” fraksiyasının nümayəndəsi Tiqran Abramyan da bu məlumatı təsdiqləyib. O deyib ki, Ermənistan hökuməti gizli şəkildə bir çox əraziləri Azərbaycana verməyə başlayıb: 

"Qafandakı Pela dağı (Ağdağ) Azərbaycana verilib. Uzun illər əvvəl həmin dağın bir tərəfi Ermənistanın, digər tərəfi isə Azərbaycanın olub. Lakin hazırda dağın hər iki üzü Azərbaycana verilib”.

Abramyan məsələni dəqiqləşdirmək üçün Qafan rəsmiləri ilə də danışıb. Ona bu məsələ barədə danışmaq istəmədiklərini deyiblər: 

"Amma bir qədər əvvəl Qafan rəsmiləri mənə bildirdilər ki, Pela dağı (Ağdağ) Azərbaycana verilib. Görünən odur ki, hökumət torpaqlarımızı səssizcə Azərbaycana verməkdədir”.

Azərbaycan bununla bağlı hər hansı məlumat yaymayıb.

Seyid

XƏBƏRLƏR
BLOGLAR
X