Xəbər lenti

Bu dairədə gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...
Ölkə 10:40 16.01.2020

Bu dairədə gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...

9 saylı Binəqədi II seçki dairəsində YAP-ın namizədi olan Kəmaləddin Qafarov çətin durumdadır.

Bunun səbəbi, yenidən eyni dairədən deputatlıq eşqinə düşən K.Qafarovun seçiçilər arasında nüfuzunun olmamasıdır. Əksər seçicilərin isə K.Qafarov adlı deputatın varlığından xəbəri belə yoxdur. Bunun bir səbəbi K.Qafarovun Milli Məclisdə "susqun deputat” olmasıyla bağlıdırsa, digər səbəbi biznes fəaliyyəti ilə əlaqədar seçicilərin arasında görünməməsidir. Seçicilərin sözlərinə görə, təyin olunmuş deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. 

Apardığımız araşdırmalar və təhlillər onu deməyə əsas verir ki, 9 fevralda 9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizənin şahidi olacağıq. Müxtəlif mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, Kəmaləddin Qafarov seçki günü baş verə biləcək gözlənilməz nəticələrin qarşısını almaq üçün indidən bütün siyasi və maddi resurslarını işə salıb.

Seçicilər arasnda nüfuzunun olmaması, eləcə də barəsində yayılan informasiyalara münasibət bildirməməsi səbəbindən qeyri-müəyyən situasiyanın yaranması K.Qafarovun ciddi başağrısına çevrilib. K.Qafarovu narahat edən digər məqam ondan ibarətdir ki, seçilmək istədiyi dairədən daha bir namizədlə qarşılaşıb. Apardığıız araşdırmalar zamanı məlum oldu ki, Heydər Əliyevin sadiq silahdaşı, YAP-ın tarixində sədaqəti və fəaliyyətilə bu günə qədər nüfuzunu qoruyub saxlayan mərhum Abbas Mustafayevin oğlu Orxan Mustafayev də K.Qafarovla eyni dairədə mandat uğrunda mübarizə aparacaq. Seçicilər arasında güclü nüfuza malik olan Orxan Mustafayevin YAP-çı və oliqarx namizədin ciddi rəqibinə çevrilmək şansı böyükdür. Müstəqil namizəd kimi seçkilərə qatılan Orxan Mustafayev müxtəlif parametrlərdə K.Qafarovu üstələməyi bacarıb. Hər halda seçicilərlə müxtəlif formatlarda görüşlərimiz və söhbətlərimiz zamanı ortaya çıxan nəticə bunu deməyə əsas verir.

Məlumat üçün bildirək ki, K.Qafarov seçki qanunlarını pozaraq, sosial şəbəkələrdə və eyni zamanda öz tərəfdarları vasitəsilə bir müddət əvvəldən təbliğat və təşviqat kampaniyasına start verib. Bu halları sübut edən məqalələr mətbuatda yer alsa da, MSK tərəfindən baş verənlərə münasibət bildirilməyib. Baş verənlər bir daha sübut edir ki, oliqarx deputat növbəti dəfə bu dairədən seçilməkdə israrlıdır. Bir tərəfdə siyasi güc və nəhəng maddi dayaqlar, digər tərəfdə isə seçicilərin gücünə arxalanan müstəqil namizəd.

9 fevralı gözləyək!

Mənbə: stimulxeber.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->