Ötən iki gün ərzində bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslərin arasında itkilərin sayı artmaqdadır.
Bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
"Bu ana qədər Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında 2 uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik”, - Prezident bildirib.
Şərhlər