Xəbər lenti

Bu dövlət qurumları bir həftə işləməyəcək
Ölkə 16:00 16.04.2018

Bu dövlət qurumları bir həftə işləməyəcək

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək.

Qaynarinfo report-a istinadən xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına aprelin 25-dən işə gəlməməklə bağlı tapşırıq verilib. Hökumət Evində yerləşən qurumların əməkdaşları üçün son iş günü aprelin 24-ü olacaq. Aperlin 30-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi aprelin 27-dən 29-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.

Xatırladaq ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumlar yerləşir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->