Sənət 09:51 11.02.2015

Bu film milyonlarla insanı ağlatdı - VİDEO

“MetLife” şirkəti Honq Konqda kövrək bir reklam çarxı çəkib. Anspress-in məlumatına görə, reklam çarxı bir atanın qızı üçün elədiyi fədakarlıqlardan bəhs edir. 

Filmdə, kiçik qız yazdığı məktubu məktəbə gedərkən yolda atasına verir və burda onun barəsində olan düşüncələrini ifadə edir. 

Reklam filminin verdiyi əsas mesaj isə budur: Bir övladın gələcəyi bütün fədakarlıqlara dəyər. 

“Mənim atam dünyanın ən yaxşı atasıdır. Mənim atam ən yaraşıqlı atadır. Ən düşüncəli, ən ağıllı, ən kübar... O mənim supermenimdir. Atam mənim məktəbdə əlaçı olmağımı istəyir. O çox yaxşı bir insandır. 

Amma yalan danışır. İşi barədə yalan danışır. Pulu barədə yalan danışır. Yorulmadım deyərək yalan danışır. Ac deyiləm deyərək yalan danışır. Hər şey ala bilərik deməsi də yalandır. Xoşbəxt olması barədə dedikləri də yalandır. Yalan danışır. Mənə görə... Atamı sevirəm” - deyə kiçik qızın məktubunda qeyd edilib. 

Reklam çarxı “You-Tube” video paylaşım portalına yükləndiyi 2 həftə ərzində 4 milyondan çox tamaşaçı tərəfindən izlənib. 


Qaynar.info