İdman 13:35 14.11.2018

Azərbaycan Kubokunun püşkü atıldı (YENİLƏNİB)

 
Bu gün Azərbaycan kubokunda 2018/19 il mövsümünün püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, 12 komandanın mübarizə aparacağı turnirdə Premyer Liqanın 8 klubu ilə yanaşı, birinci divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu” iştirak edəcək. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.

Azərbaycan kuboku
6 dekabr

1/8 final
1. "Sumqayıt” - "Qaradağ Lökbatan”
2. "Keşlə” -  "Şüvəlan”
3. "Kəpəz” - "Səbail”
4. "Ağsu” - "Sabah”

1/4 final
15-16/19-20 dekabr
5. 2-ci cütün qalibi – "Qarabağ”
6. 4-cü cütün qalibi – "Qəbələ”
7. 1-ci cütün qalibi – "Neftçi”
8. 3-cü cütün qalibi – "Zirə”

1/2 final
23 aprel/1 may
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi

Final
19 may
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi