Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində daha 570 mənzilin güzəştli satışını həyata keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə şərh verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bütün mənzillərin satışna cəmi 1 dəqiqə vaxt sərf olunduğunu deyib:
"MİDA-nın budəfəki onlayn mənzil satışında ilk mənzil seçimi təxminən 12 saniyə çəkdi. Ötən onlayn satışlarda adətən ilk seçimə 6-7 saniyə sərf olunurdu. Bu gün, ilk dəfə olaraq tətbiq olunan CAPTCHA texnologiyasına əsasən, iddiaçılar seçim prosesində əlavə olaraq 12 simvolu da sistemə daxil etməliydilər. MİDA bunu robot-seçimlərə qarşı tətbiq edib. Qərargah üzvləri sistemin normal çalışdığını, kənar müdaxilənin olmadığını bildiriblər”.
Onun sözlərinə görə, 570 mənzilin onlayn satışı təxminən 1 dəqiqə ətrafında başa çatıb. Onlayn satış prosesinə təxminən 3800 iştirakçı qatılıb.
Şərhlər