Bu gün

Bu gün "Ballon D`or"un qalibinin adı açıqlanacaq

Hər il "France Football"ın təsis etdiyi "Qızıl top" mükafatını 2021-ci ildə qazanan futbolçunun adına bu gün aydınlıəq gələcək.

Qaynarinfo xəbər verir ki, mükafat Fransanın paytaxtı Parisdə təqdim olunacaq. "Qızıl top"a namizədlərin siyahısında 30 futbolçu yer alıb. Mükafatı qazanmağa əsas namizədlər "Bavariya"dan Robert Levandovski, PSJ-dən Lionel Messi, "Real"dan Kərim Benzema və "Mançester Yunayted"dən Kriştiano Ronaldodur.

Qapıçı: Canluici Donnarumma ("Milan", İtaliya / PSJ, Fransa),
Müdafiəçilər: Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi "Yuventus", İtaliya), Ruben Diaş ("Mançester Sit", İngiltərə), Sezar Aspilikueta ("Çelsi", İngiltərə), Simon Kyaer ("Milan", İtaliya)
Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter", İtaliya), Luka Modriç ("Real Madrid", İspaniya), Kevin de Bröyne, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Sit", İngiltərə), Jorjinyo, N Qolo Kante, Meyson Maunt (hamısı "Çelsi", İngiltərə), Pedri ("Barselona", İspaniya), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə)
Hücumçular: Lautaro Martines ("İnter", İtaliya), Kərim Benzema ("Real Madrid", İspaniya), Rahim Sterlinq ("Mançester Sit", İngiltərə), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Romelu Lukaku ("Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Robert Levandovski ("Bavariya", Almaniya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Mohamed Salah ("Liverpul", İngiltərə), Luis Suares ("Atletiko", İspaniya).

Tədbirdə həmçinin ilin ən yaxşı qadın futbolçusuna "Qızıl top", ən yaxşı qapıçısına isə Lev Yaşin mükafatı təqdim olunacaq.  

"Qızıl top" mükafatının qalibi dünyanın müxtəlif ölkələrindən jurnalistlərin səsverməsi nəticəsində bəlli olur. "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə Lionel Messi qazanıb.

Səbuhi Həsənov

XƏBƏRLƏR
BLOGLAR
X