Siyasət 16:10 01.12.2021

Bu gün Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinləri görüşəcək

Bu gün Moskva şəhərində Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökuməti sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupun görüşü olacaq.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan söyləyib.

Görüşdə kommunikasiya xətlərinin açılması məsələsi müzakirə olunacaq.