Xəbər lenti

Bu gün Prezident Mehman Əliyevi azad edə bilər
Ölkə 11:29 11.09.2017

Bu gün Prezident Mehman Əliyevi azad edə bilər

"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev həbsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə virtualorg.az saytı xəbər yayıb. 

İddiaya görə, Mehman Əliyev həbsi ilə bağlı etdiyi müraciət barədə Qazaxıstandan qayıdan ölkə başçısına  dərhal məlumat verilib.

İlham Əliyev dərhal ciddi reaksiya verib və hüquq-mühafizə orqanlarına vergidən yayınmaqda ittiham edilən Mehman Əliyevin İstintaq Təcridxanasından azad edilməsi və barədə görülən tədbirin dəyişdirilməsi imkanını nəzərdən keçirməyi tövsiyyə edib.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->