İdman 10:18 05.05.2019

Bu gün "Qarabağ" yeddiqat Azərbaycan çempionu ola bilər

Bu gün Topaz Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, baş tutacaq matçlardan sonra çempion, gümüş və bürünc medalın sahibi, eləcə də sonuncu yeri tutacaq komandalar müəyyənləşə bilər. Bunun üçün bir sıra uyğun nəticələr qeydə alınmalıdı.

"Qarabağ”ın ardıcıl 6-cı çempionluq üçün taleyi öz əlindədi. Ağdam təmsilçisi evdə "Səbail”i məğlub edəcəyi halda qızıl medalları təmin edəcək. Əyalət təmsilçisi qalib gəlməyəcəyi təqdirdə də birinci ola bilər. Bunun üçün ən yaxın izləyici "Neftçi”nin Qəbələdə xal itirməsi lazımdı. Çünki liderin 60, "ağ-qaralar”ın isə 55 xalı var. Bakılılar səfərdə 3 xal əldə etsələr, çempion son turda "Neftçi” və "Qarabağ” arasında keçiriləcək qarşılaşmada bilinəcək. 

Bu iki oyun gümüş və bürünc medalın sahiblərinin bəlli olması baxımından da önəmlidi. Hazırda "Səbail” 41 xalla 3-cü, "Qəbələ” isə 36 xalla 4-cü sıradadır. Bu isə o deməkdi ki, "qırmızı-qaralar” "Neftçi”yə qalib gəlməsələr, mükafatçılar sırasına düşmək şansını itirəcəklər.

Günün digər iki oyunu isə sonuncu yeri tutacaq komandanın dəqiqləşməsi baxımından önəmlidi. Hazırda 20 xalla axırıncı yerdə gedən "Keşlə” 5 xal və 2 pillə geri qaldığı "Zirə”ni qəbul edəcək. Qonaqlar uduzmayacaqları təqdirdə, elitadakı yerlərini qoruyacaqlar. Ancaq meydan sahibləri qalib gəlməyə çalışmalıdılar. Çünki bunu bacarmasalar, turun son matçında 23 xalla 7-ci sıradakı "Sumqayıt” öz meydanında 27 xalla 5-ci olan "Sabah”ı udmaqla, işi bitirə bilər.

Premyer Liqa
2018//19 mövsümü
IV dövrə, XXVII tur

5 may
17.00 Keşlə - Zirə
Baş hakim: İnqilab Məmmədov.
"ASK Arena”.

18.00 Qəbələ - Neftçi
Baş hakim: Səbuhi Bayramov.
Qəbələ şəhər stadionu.

18.00 Qarabağ - Səbail
Baş hakim: Rövşən Rəcəbov.
Tofiq Bəhramov adına Respublika Stadionu.

20.00 Sumqayıt - Sabah
Baş hakim: Vüqar Həsənli.
"Kapital Bank Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

26

18

6

2

58:19

60

2

Neftçi

26

16

7

3

47:22

55

3

Səbail

26

12

5

9

33:29

41

4

Qəbələ

26

9

9

8

30:29

36

5

Sabah

26

7

6

13

20:37

27

6

Zirə

26

6

7

13

24:39

25

7

Sumqayıt

26

6

5

15

22:42

23

8

Keşlə

26

5

5

16

24:41

20

Bombardirlər

Baqali Dabo (Neftçi) - 12. Mahir Mədətov (Qarabağ) - 11. Ceyms Adeniyi (Qəbələ) - 10. Filip Ozobiç (Qarabağ) - 9. Marko Deviç (Sabah) - 8. Emin Mahmudov (Neftçi), Mirabdulla Abbasov (Neftçi), Abdullah Zubir (Qarabağ) - 7.

Qeyd

IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.