Siyasət 18:44 13.03.2020

YAP-ın iclasında bu tapşırıqlar verildi (YEİLƏNİB)

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası başa çatıb. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iclasda əsasən deputatlara aktiv olmalarıyla bağlı çağırış edilib. Bildirilib ki, onlar seçiciləriylə tez-tez görüşməli, əhalinin problemlərini dinləməlidirlər. 

İclasın sonunda qarşıdan gələn Novruz bayramı münasibətilə deputatlar təbrik edilib. 
 
16.14

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.

İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.
 
16.03

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.

Qaynarinfo "Report"-a istinadən xəbər verir ki, iclas 15:00-da başlayıb.

İclasda hansı məsələlərin müzakirə olunduğu barədə məlumat veriləcək.
 
 ***14:28

"Bu gün saat 15:00-da Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi iclası keçiriləcək”.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O təklif edib ki, bununla əlaqədar Milli Məclisin iclası fasiləsiz keçirilsin.

Spiker daha sonra deputatları reqlamentə uyğun hərəkət etməyə çağırıb.