Azərbaycanda siyasi partiyanın ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması qaydasına dəyişiklik edilir.
Modern.az-ın məlumatına görə, bununla bağlı "Siyasi partiyalar haqqında” qanunun 16-cı maddəsinə (Siyasi partiyanın ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, qanuna yeni 16.4-1-ci maddədə əlavə edilir. Yeni maddəyə görə, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.
Şərhlər