Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 279 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, əhalinin hər 1 000 nəfərinə bu göstərici 13,4 təşkil edib.
Körpələrin 336-sı əkiz, 6-sı isə üçəm doğulanlardır.
Bundan başqa, yanvar ayı ərzində ölkədə 5 177 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.
Şərhlər