Ölkə 17:18 29.01.2019

Bu il ali məktəblərə qəbul aparılacaq ixtisasların sayı açıqlandı

Təhsil eksperti Kamran Əsədov 2019-cu il üçün ali məktəblərin ixtisas qruplarına daxil olan ixtisasların sayı haqda məlumat yayıb.

Qaynarinfo-nun məlumatına görə, təhsil eksperti bildirib ki, 2019-cu ildə ali məktəblərə I qrup üzrə 84 , II qrupa 22, III qrupda isə 27 ixtisas üzrə qəbul aparılacaq: 

"Həmçinin IV qrup üzrə 18, V qrupda isə 23 ixtisasa qəbul aparılacaq. I ixtisas qrupunda informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə qəbul aparılmayacaq. Çünki bu ixtisas ləğv edilib, III ixtisas qrupu üzrə isə İslamşünaslıq ixtisası əlavə olunub".