2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən 1,948 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azdır.
Bu barədə Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Qeyd olunub ki, gələnlərin ümumi sayından 24,8%-i Rusiya Federasiyası, 17,1%-i Türkiyə, 7,9%-i İran, 6,8%-i Hindistan, 4,5%-i Səudiyyə Ərəbistanı, 4,2%-i Gürcüstan, 4,0%-i Qazaxıstan, 3,4%-i Pakistan, 2,6%-i Çin, hər biri 2,3%-i Özbəkistan və İsrail, 1,6%-i BƏƏ, 1,4%-i Ukrayna, hər biri 1,2%-i Türkmənistan və Küveyt, 1,1%-i Belarus və 13,6%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,3%-i kişilər, 33,7%-i qadınlar olub.
"Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən gələnlərin sayı 1,8 dəfə, Yaponiyadan gələnlərin sayı 1,6 dəfə, Çin və İordaniyadan gələnlərin sayı 1,5 dəfə, Qırğızıstandan gələnlərin sayı 35,7%, Özbəkistandan gələnlərin sayı 31,6%, Qazaxıstandan gələnlərin sayı 19,4%, ABŞ, Kanada və Niderlanddan gələnlərin sayı 16,3%, Almaniyadan gələnlərin sayı 15,2%, Pakistan və İtaliyadan gələnlərin sayı 15,1%, Koreya Respublikasından gələnlərin sayı isə 10,3% artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 8,5% artaraq 88,8 min nəfərə, Fars körfəzi ölkələrindən gələnlərin sayı 4,9% azalaraq 321,1 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 7,2% azalaraq 669,8 min nəfərə, digər ölkələrdən gələnlərin sayı isə 3,1% artaraq 868,5 min nəfərə çatıb.
Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin 76,2%-i hava nəqliyyatı, 22,5%-i dəmir yolu və avtomobil nəqliyyatı, 1,3%-i isə dəniz nəqliyyatı ilə ölkəyə gəlib", - deyə bildirilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xaricə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 2,6% azalaraq 1 milyon 605 min nəfərə düşüb. Gürcüstana səfərlərin sayı 22%, İrana 2,6%, Rusiyaya 30,8% və Türkiyəyə 2,4% artıb.
"Azərbaycan vətəndaşlarının səfərlərinin ölkələr üzrə bölgüsü: Türkiyə - 42,2%, Rusiya - 14,6%, Gürcüstan - 10,8%, İran - 8,9%, digər ölkələr - 23,5%. Səyahət edənlərin 63,6%-ni kişilər, 36,4%-ni isə qadınlar təşkil edib.
Səyahətlərin 70,6%-i hava, 27,5%-i dəmir yolu və avtomobil, 1,9%-i isə dəniz nəqliyyatı ilə həyata keçirilib", - deyə qeyd olunub.
Şərhlər