Ekonomiks 21:59 30.11.2020

Bu il ən çox idxal əməliyyatları sentyabrda aparılıb

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları sentyabr ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 132,5 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 10 ayında ölkədə idxalın dəyəri 8 milyard 767,3 milyon dollar olub.